ABŞ müdafiə naziri Ceyms Mettis

ABŞ Rusiyanı cəzalandırmaq istəyir

64
(Yenilənib 23:52 04.10.2018)
Müdafiə naziri əlavə edib ki, baş verənlərə cəlb olunan ölkələr Moskvaya qarşı müxtəlif tədbirlər görmək hüququna malikdir

BAKI, 4 oktyabr — Sputnik. “Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhdə görə məsuliyyət daşımalıdır”. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis bildirib.

Onun sözlərinə görə, hücum cəhdi Rusiyanın beynəlxalq normalara hörmət etməməsinin göstəricisidir. Müdafiə naziri əlavə edib ki, baş verənlərə cəlb olunan ölkələr Moskvaya qarşı müxtəlif tədbirlər görmək hüququna malikdir.

Qeyd edək ki, Niderland bu ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhd edən dörd rusiyalını ölkədən çıxardıb.

Niderland məmurlarının sözlərinə görə, ölkədən çıxarılan Rusiya vətəndaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Məlumatda vurğulanır ki, onların diplomatik pasportları olub.

"BBC"-nin məlumatına görə, ruslar KSQT-nın məlumatlar bazasına daxil olmaq üçün içərisi casus aparatları ilə dolu olan avtomobili təşkilatın dinası yaxınlığında saxlayaraq, kəşfiyyat işi aparıb.

Məsələ ilə bağlı Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya XİN-dən olan mənbə məsələyə münasibət bildirərək qeyd edib ki, heç bir sübutdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, Rusiya təşkilatın bütün strukturlarına üzvdür, onun bütün sənədlərə çıxışı var, ona görə də nəyəsə haker hücumu etməyə ehtiyac yoxdur: "Bu növbəti axmaqlıdır".

64
Teqlər:
ittiham, bəyanat, müdafiə naziri Ceyms Mettis, ABŞ, Rusiya
Əlaqədar
Rusiya daha bir hücumda ittiham edildi, münasibətlər pozuldu
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

2
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Planet, arxiv şəkli

Hazırlaşın, başqa yerə uçuruq! Alimlər həyat üçün yararlı planetlər tapdılar

74
(Yenilənib 22:25 06.07.2020)
Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

BAKI, 7 iyul — Sputnik. Alimlər həyat üçün əhəmiyyətli hesab edilə bilən ekzoplanet kəşf ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, Günəşdən 10,7 işıq ili uzaqlıqda yerləşir.

Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

Lacaille 9352 ulduzu Günəşin yarısı boydadır, qırmızı cırtdan planetdir və Süd Yolunda çox yayılmış kiçik və nisbətən sərin işıqlandırıcıdır. Ulduz atmosferi və yaxınlıqdakı planetlərdə həyat əlamətlərini məhv edə biləcək gücdə parlaq deyil.

Alimlər bu sistemi 3 ay müddətində Çilidə La Silla teleskopu vasitəsilə araşdırıblar. İki ekzoplanet GJ887b və GJ88c adlandırılıb. GJ 887b Yerdən 4,2 dəfə böyükdür və ulduz ətrafında 9,3 günə fırlanır. GJ 887c isə Yerdən 7,6 dəfə böyükdür və 21,8 günə fırlanır.

Əlavə araşdırmalar aparılmadan planetlərin sıx və ya qazlı olub-olmadığını söyləmək mümkün deyil. Bu planetlər ulduza yaxın məsafədədir və demək olar ki, əlverişli zonanın sərhədindədirlər.

Üçüncü planetin mövcudluğu təsdiqlənərsə, Günəşdən ən əlverişli məsafədə olmalıdır. Həmin planetdə çox isti və çox soyuq olmayacaq. Onun orbital dövrü təxminən 50 gündür. Alimlər hesab edirlər ki, planetdə həyat üçün uyğun şərait yarana bilər.

"Əgər davamlı müşahidələr yaşayış zonasında üçüncü bir planetin olmasını təsdiqləsə, GJ 887 Günəşin yaxınlığında ən çox araşdırılan planetar sistemlərdən birinə çevrilə bilər", - deyə araşdırma müəllifləri bildirib.

74