İsrail əsgərləri, arxiv şəkli

Vəziyyət bir az da pisləşir: İsrail 13 fələstinlini evindən apardı

50
(Yenilənib 16:34 04.10.2018)
Fələstinlilər sorğu-sual edilmək üçün bölgədəki nəzarət mərkəzinə aparılıb

BAKI, 4 oktyabr — Sputnik. İsrail hərbçiləri 13 fələstinlini həbs edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail ordusundan yazılı açıqlama verilib.

Xəbərdə bildirilir ki, Qərbi İordan çayının müxtəlif bölgələrində keçirilən gecə əməliyyatlarında terror aksiyalarına qoşulduqları iddiası ilə 13 fələstinli saxlanılıb. Fələstinlilər sorğu-sual edilmək üçün bölgədəki nəzarət mərkəzinə aparılıb.

İşğal altındakı Qərbi İordan və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.

Fələstinin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında 62-si qadın, 300-ü uşaq olmaqla, təxminən, 6 min 500 fələstinli var.

50
Teqlər:
terror, həbs, fələstinli, İsrail