Пресс-конференция премьер-министра Армении Никола Пашиняна (20 июля 2018). Еревaн

Paşinyan "Daşnaksütyun"un sütunlarını dağıdır: 6 qubernator istefaya göndərildi

10602
(Yenilənib 12:07 04.10.2018)
Lori, Vayotsdzor, Armavir, Araqatsot, Qeqark, Syunik vilayətlərinin qubernatorları vəzifədən uzaqlaşdırılıb

BAKI, 4 oktyabr — Sputnik. Ermənistan hökuməti bu gün keçirilən iclas zamanı "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləri olan 6 qubernatorun istefaya göndərilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan erməni mətbuatına istinadən xəbər verir ki, bununla da Lori, Vayotsdzor, Armavir, Araqatsot, Qeqark, Syunik vilayətlərinin qubernatorları istefaya göndərilib.

Baş nazir Nikol Paşinyan qubernatorlar və sabiq nazirlərə gördükləri işə görə öz təşəkkürünü bildirib və onlara uğurlar arzulayıb. O vurğulayıb ki, son günlər davam edən siyasi proseslər bu nəticələrə səbəb olub.

Qeyd edək ki, həftənin əvvəlində Ermənistan prezidenti Armen Sarkisyan 6 nazirin istefası barədə sərəncam imzalayıb. Məlumata əsasən, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyalarından olan nazirlər istefaya göndərilib. Onlar — İqtisadi inkişaf və investisiya naziri Artsvik Minasyan, Kənd təsərrüfatı naziri Artur Xaçatryan, Enerji infrastrukturu və təbii sərvətlər naziri Artur Qriqoryan, İdman və gənclərlə iş üzrə nazir Levon Varqadyan, Fövqəladə hallar naziri Qraçya Rustamyan və Rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyandır.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlament qarşısında etirazçılara söz verib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyalarından olan nazirlər və qubernatorlar istefaya göndərildikdən sonra özü də istefaya gedəcək.

10602
Teqlər:
Nikol Paşinyan, qubernator, Ermənistan, hökumət, istefa
Əlaqədar
"Ermənistanda normal, adekvat siyasətçi görmək istəyirik"
Ermənistanda ara qarışdı, prezident 6 naziri istefaya göndərdi
Erməni müğənninin cəsədi vanna otağında aşkarlanıb
Ermənistanda “əksinqilab” başladı, Paşinyan yenə küçəyə çıxdı
Erməni girovluğundakı soydaşımızın oğlu haray çəkir
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

32
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

32
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

24
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

24
Teqlər:
barel, birja, qiymət, neft
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

0
(Yenilənib 13:19 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

0
Teqlər:
Laçının azad olunması, Prezident İlham Əliyev, Üçtərəfli bəyanat