Bu ölkələri quraqlıq gözləyir - PROQNOZ

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidQuraqlıq
Quraqlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi quraqlıq bölgələrində vəziyyət yaxşılaşacaq, bəziləri isə quaqrlıqdan əziyyət çəkəcək

BAKI, 4 oktyabr — Sputnik. Quraqlıq təhlükəsi gözlənilən ölkələrin adları açıqlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, klimatoloqlar planetdə temperaturun 2 dərəcə qalxacağı təqdirdə Yer kürəsində təhlükəli quraqlığın baş verəciyini bildiriblər.

Məlumata görə, 117 milyon insan su çatışmazlığı ilə qarşılaşacaq. Qlobal istiləşmə dünyanın buxarlanma və küləklər dövrünü dəyişəcək və onları daha da intensivləşdirəcək. Bu da təbiətdə suyun paylanmasına təsir edəcək. Bəzi quraqlıq bölgələrində vəziyyət yaxşılaşacaq, bəziləri isə quraqlıqdan əziyyət çəkəcək.

Alimlərin hesablamalarına görə, Cənub-Şərqi və Şimali Asiya, Cənubi Afrika, Cənub Avropa, Aralıq dənizi, Şərqi və Şimal-Qərbi Kanada, Qrenlandiya, İslandiya və Alyaskada bir dərəcə temperatur artımı belə quraqlığa səbəb ola bilər.

Əgər temperatur yarım dərəcə belə, artsa, quraqlıq Asiyanın digər regionlarında, Şərqi və Qərbi Afrika və Mərkəzi Avropa ölkələrində də müşahidə ediləcək.

Klimatoloqların sözlərinə görə, qlobal istiləşmə milyonlarla insanın həyatına mənfi təsir edəcək. İstiləşmə nə qədər çox olsa, daha geniş ərazilər hava fəlakətlərindən əziyyət çəkəcək.

Xəbər lenti
0