Значки Facebook и Whatsapp

"Facebook" məhkəməyə verildi - SƏBƏB

67
(Yenilənib 18:36 03.10.2018)
""Facebook" təcavüzkarlara 10 yaşından böyükləri özlərinə qurban etmək şəraiti yaradır"

BAKI, 3 oktyabr — Sputnik. ABŞ vətəndaşı olan gənc qadın "Facebook"u məhkəməyə verib. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadla xəbər ver.

Qadın iddia edib ki, 6 il əvvəl — onun 15 yaşı olan zaman "Facebook"da biri ilə tanış olub. Həmin şəxs qıza model kimi fəaliyyət göstərmək işini təklif edib. Qız işi qəbul edib və həmin adamla görüşüb. Nəticədə həmin şəxs qızı müxtəlif kişilərlə sekslə məşğul olmağa məcbur edib. Onlar qızı döyüb, zorlayıblar.

""Facebook" təcavüzkarlara 10 yaşından böyükləri özlərinə qurban etmək şəraiti yaradır. İnsanların birləşməsindən mənfəət əldə edilirsə, insanları birləşdirdiyiniz insanlardan qorumalısınız" — deyə zərərçəkənin vəkili bildirib.

O qeyd edib ki, sosial şəbəkənin yetkinlik yaşına çatmamış şəxslərlə əlaqə saxlayacaq şəxslərin şəxsiyyətini yoxlaması kifayət deyil.

İddia, həmçinin "Backpage" onlayn elanlar saytına qarşı da qaldırılıb. Ondan çox zaman seksual xarakterli reklamlar üçün istifadə edilib.

Qızın tələb etdiyi kompensasiyanın ümumi həcmi milyon dollara çatır. Sosial şəbəkənin hüququşünası hələ ki, məsələyə münasibət bildirməyib.

67