Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il

Ermənistanda ara qarışdı, prezident 6 naziri istefaya göndərdi

201
(Yenilənib 11:00 03.10.2018)
"Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyalarından olan nazirlər istefaya göndərilib

BAKI, 3 oktyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan 6 nazirin istefası barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan "Qazeta.ru"ya istinadən xəbər verir.

Məlumata əsasən, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyalarından olan nazirlər istefaya göndərilib. Onlar — İqtisadi inkişaf və investisiya naziri Artsvik Minasyan, Kənd təsərrüfatı naziri Artur Xaçatryan, Enerji infrastrukturu və təbii sərvətlər naziri Artur Qriqoryan, İdman və gənclərlə iş üzrə nazir Levon Varqadyan, Fövqəladə hallar naziri Qraçya Rustamyan və Rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyandır.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlament qarşısında etirazçılara söz verib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyalarından olan nazirlər və qubernatorlar istefaya göndərildikdən sonra özü də istefaya gedəcək.

201
Teqlər:
istefa, nazir, Armen Sarkisyan, prezident, Ermənistan
Əlaqədar
"Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır" - PA rəsmisi
Azərbaycan Ermənistandan üstün oldu və birincidir
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorundan həyəcan siqnalı
Xələf Xələfov çağırış etdi: Ermənistana təzyiqlər artmalıdır