Nişan üzüyü

İtmiş nişan üzüyü 29 il sonra tapıldı

284
(Yenilənib 04:05 03.10.2018)
Amerikalı, üzüyün üzərində 31 dekabr 1976-cı il yazısını gördükdən sonra üzüyün kimə aid olduğunu müəyyən edə bilib

BAKI, 3 oktyabr — Sputnik. Missisipi ştatının qubernatoru Fil Brayant 29 il əvvəl itmiş nişan üzüyünü tapıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, üzük ştat sakini tərəfindən atılmış divandan tapılıb.

Məlumata görə, Cef Mayer adlı kişi Brayantın arvadının xalası qızının evinin yaxınlığında atılmış divanı götürüb. Bir müddət sonra o divanda zərgərlik məmulatını aşkarlayıb. O bu barədə qubernator administrasiyasına xəbər verib.

Amerikalı, üzüyün üzərində 31 dekabr 1976-cı il yazısını gördükdən sonra üzüyün kimə aid olduğunu müəyyən edə bilib.

Brayant çox sevinib və izah edib ki, divan nə vaxtsa ona məxsus olub. Ancaq bir müddət sonra o mebeli arvadının qohumuna verib. Bu 1989-cu ildə baş verib. Siyasətçi də üzüyünü elə həmin il itirib.

Qubernator özü Mayerlə görüşüb, əlini sıxıb və minnətdarlıq edib.

284
Teqlər:
divan, nişan üzüyü, itki, tapıntı, ABŞ
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1
Restoranda nahar, arxiv şəkli

Bar restoranlarla bağlı yeni qərar verilib

10
(Yenilənib 14:40 26.09.2020)
Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək əbləğdə cərimələnəcəklər.

BAKI, 26 sentyabr — Sputnik. İngiltərənin baş naziri bar və restoranlarla bağlı yeni qərar açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni qərara əsasən ölkədəki pandemiya vəziyyətinin daha da kritikləşməsi ilə bar və restoranlaırn fəaliyyəti saat 22:00-dan etibarən dayandırılır. Beləcə artıq qərarın qüvvəyə minməsi ilə küçələrdə böyük boşluq yaranıb, sıxlıq aradan qalxıb. Qərarın bir bəndinin məhz bar və restoranlara şamil edilməsinin səbəbi isə son zamanlar xüsusən də gənclər arasında COVID-19-a yoluxma halının daha çox qeydə alınması ilə əlaqədardır.

Qərara görə, 6 ay qüvvədə olacaq yeni tələblərə cavab verməyən həm fiziki, həm də hüquqi şəxslər yüksək məbləğdə cərimələnəcəklər.

Qeyd edək ki, bu gün Avropa ölkələrində ən çox ölüm halının qeydə alındığı ölkələrdən biri olan İngiltərədə bu günədək ölü sayı 41 min 902 olub. '

10