NATO-nun baş katibi Yens Stoltenberq

NATO da İrana qarşı çıxdı: Bizi narahat edir

130
İran hərbçiləri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib

BAKI, 2 oktyabr — Sputnik. NATO İranın regionda vəziyyəti gərginləşdirən addımlarından narahatdır.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq 3-4 oktyabr tarixlərində Brüsseldə NATO-ya üzv ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran hərbçiləri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib.

Məlumata əsasən, aviazərbələr Əhvaz şəhərində hərbi parad zamanı terror aktının təşkilatçılarına və onların nəzarətində olan obyektlərə endirilib. Vurğulanır ki, aviazərbələr İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

130
Teqlər:
Yens Stoltenberq, zərbə, Suriya, İran, NATO
Əlaqədar
İran son şansı uğrunda mübarizə aparır
ABŞ-dan İranın Suriya əməliyyatına sərt reaksiya
Türkiyədə iranlıları "yedirən" nəhəng qruplaşma aşkar olunub
İran ordusu əks-hücuma keçdi
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

54
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

54
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

27
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

27