İspaniya polisi, arxiv şəkli

İspaniyada ara qarışdı: 30-dan çox polis yaralandı

52
(Yenilənib 18:50 02.10.2018)
Hələlik polis aksiyalar zamanı nə qədər insan saxlanıldığını açıqlamır

BAKI, 2 oktyabr — Sputnik. Barselonada ötən gün baş verən toqquşmalar nəticəsində "Mossos D`Esquadra" hüquq mühafizə orqanın 30-dan çox əməkdaşı yaralanıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Hələlik polis aksiyalar zamanı nə qədər insan saxlanıldığını açıqlamır. Bununla bağlı xüsusi mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, etirazçılar və hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşmalar bazar ertəsi Barselona və Jironada qeydə alınıb. Qeyd edək ki, oktyabrın 1-i Kataloniyada qanunsuz keçirilən referendumun ildönümü ilə bağlı etiraz aksiyası keçirilib. Referendumun nəticələrini nə İspaniya rəhbərliyi, nə də Konstitusiya məhkəməsi tanımayıb.

52
Teqlər:
toqquşma, Barselona, polis, referendum, aksiya
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan ölkədəki hərc-mərcliyi dayandırmaq üçün təklif verdi: “Əsirləri...”

5
(Yenilənib 12:45 29.11.2020)
Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq

BAKI, 29 noyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması və itkin düşmüşlərin axtarışı məsələlərini tezləşdirmək üçün ölkədəki hərc-mərcliyi dayandırmağa çağırıb.

“Biz ölkədə vəziyyəti tədricən sabitləşdirməliyik, onu daha da qəlizləşdirməməliyik. İndi ən vacib məsələ əsirlərin, itkin düşmüşlərin və potensial olaraq gizlənmiş (hərbçilərin) problemidir və onu tez həll etmək lazımdır”, - Paşinyan Facebook səhifəsində yazıb.

O həmçinin Azərbaycanı nəzərdə tutaraq qeyd edib ki, bizim ölkəmizin nöqteyi-nəzərindən baxanda bu problemin uzanması guya Azərbaycana Ermənistanda qarşıdurmanı dərinləşdirməyə kömək edəcək, bu isə çaxnaşmalara gətirib çıxara bilər.

Paşinyan yazıb ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək. O qeyd edib ki, kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq. “Ancaq indi biz problemin birgə həllinə kökkənməliyik, bir-birimizlə dava etməyə yox. Buna əminəm”, - Paşinyan yazıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır. 

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

5
Teqlər:
itkin düşənlər, hərbi əsirlər, Nikol Paşinyan, qarşıdurma, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
BQXK-nın bayrağı, arxiv şəkli

Qırmızı Xaçın əməkdaşını oğurladılar

28
(Yenilənib 11:40 29.11.2020)
Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.

BAKI, 29 noyabr - Sputnik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Ariana News telekanalı BQXK-nın ölkədəki nümayəndəsinə istinadə yayıb.

Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.

Ölkədə fəaliyyətdə olan heç bir terrorçu qruplaşma oğurluq faktına görə məsuliyyəti boynuna götürməyib.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Qəznə şəhərində, hərbi bazanın yaxınlığında mina ilə dolu avtomobil partlayaraq 21 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.

 

28
Teqlər:
Əfqanıstan, girov, oğurluq, əməkdaş, Beynəlxalq Qırmızı Xaç Komitəsi