Ртутный градусник и таблетки, фото из архива

Amansız xəstəlik yayılıb, çinlilər qırılır

489
(Yenilənib 16:08 02.10.2018)
Çində minlərlə insan yoluxucu xəstəlikdən dünyasını dəyişib

BAKI, 2 oktyabr — Sputnik. Çində yoluxucu xəstəlikdən minlərlə insan ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Çində cari ilin avqust ayından bu günə qədər 706372 nəfərdə yoluxucu xəstəlik aşkar edilib və onlardan 1983-ü dünyasını dəyişib.

"Şinjua" agentliyinin məlumatına görə, keçən ay yoluxucu xəstəliklər A, B və C olaraq sinifləndirilib. A qrupunda xolera, tüberküloz, hepatit, bel soyuqlaması, B qrupunda qulaqdibi, ağız, ayaq və əldə yaranan sap xəstəliyi (yaralar), C qrupunda yoluxucu ishal xəstəlikləri təsnifləndirilib.

Məlumata görə, daha çox ölüm halları B qrupu xəstəliklərdən baş verib.

489
Teqlər:
yoluxucu xəstəlik, vəfat, Çin, insan
Əlaqədar
Azərbaycana yoluxucu xəstəlik keçə bilərmi - Qonşu ölkədən cavab
Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıb
Yoluxucu xəstəliklərlə bağlı vəziyyət aydınlaşdı - Vətəndaşlara müraciət
Həkim yoluxucu xəstəliklərin yayılmasında pulun rolundan danışır
Rusiya polisi, arxiv şəkli

İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı

5
(Yenilənib 13:09 09.07.2020)
Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

BAKI, 9 iyul — Sputnik. Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

O qeyd edib ki, Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

Petrenko qeyd edib ki, iş üzrə cinayətkar qrupun daha dörd fəal üzvü saxlanılıb. Artıq saxlanılan şəxslərə qarşı ittiham irəli sürülüb. Yaxın saatlarda Furqala da ittiham elan olunacaq.

5
Berlin, arxiv şəkli

İstanbuldan sonra Berlin: yenə xaricdə istirahətlə "yandıracaqlar"?

8
(Yenilənib 12:54 09.07.2020)
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

BAKI, 9 iyul — Sputnik. İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaqlar.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: 

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat bu internet səhifəsindən, digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən videotəlimat hazırlanmışdır: 

8
Əlaqədar
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib
Gəncədə vəziyyət, arxiv şəkli

Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?

0
(Yenilənib 13:08 09.07.2020)
İndiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib

 

BAKI, 9 iyul — Sputnik. Azərbaycanın bölgələrində koronavirusla bağlı vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, epidemioloji vəziyyətin qənaətbxş olduğu Ucarda 4 nəfər, Yardımlıda 5 nəfər, Zərdabda 5 nəfər, Xızıda 6 nəfər, Daşkəsəndə 6 nəfər, Oğuzda 7 nəfərdə COVİD-19 testinin nəticələri pozitivdir.

Yoluxma sayında artım müşahidə edilən zonalar isə "sarı" zonaya daxil edilib. Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvarda xəstə sayında artım olduğundan bölgələrin "narıncı" zonaya keçməməsi üçün müvafiq tədbirlər görülür. Neftçalada 33 nəfər, İsmayıllıda 50 nəfər, Ağcabədidə 57 nəfər, Astarada 64 nəfər, Biləsuvarda 67 nəfər, Salyanda 70 nəfərdə koronavirus xəstəsi var. "Narıncı" zonaya daxil olan Şəkidə yoluxma sayı 62, Yevlaxda 95, Cəlilabadda 247, Abşeronda 479, Sumqayıtda 728, Bakının Nəsimi rayonunda 739 nəfərdə koronavirus aşkarlanıb. Bu zonalarda yuxarı sayda aktiv xəstə var, son günlər yoluxmanın sürətlə artdığı müşahidə edilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

0
Teqlər:
bölgələr, Azərbaycan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı