Donald Trampdan spirtli içki etirafı: "Təsəvvür edin ki..."

© REUTERS / Kevin Lamarque/File PhotoDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir

BAKI, 2 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin sədri vəzifəsinə namizəd Bretta Kavanonun spirtli içkilərə meyl göstərməsi barədə məlumatı şərh edib.

Bu barədə "Report" xəbər verir.

Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir və həyatında heç vaxt pivə içməyib. 

"Düşünmürəm ki, o yalan deyir. Mən özüm içmirəm, açığını deyim ki, heç vaxt pivə içməmişəm. İçmirəm. Siz təsəvvür edə bilərsiniz ki, içsəydim, nələr edərdim. Mən dünyada ən pis olardım. Amma heç vaxt içmirəm", — deyə o, jurnalistlər qarşısında çıxışında deyib.

Trampın sözlərinə görə, Kavanonun gəncliyində "çətinlikləri" ola bilər. Lakin ali məktəbdə pivə içən adamlar çox olub. Prezident qeyd edib ki, Kavanonun ətrafında bu məsələyə görə "əcinnə ovçuları"nın olmasını istəməzdi.

Xəbər lenti
0