Sükan arxasında yatmış taksi sürücüsü

Sürücü yolun ortasında avtomobildə yatdı...

79
(Yenilənib 23:51 01.10.2018)
Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb

BAKI, 2 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüsü hərəkəti ilə onu görənləri heyrətləndirib. Seyhan ilçəsində Cemalpaşa məhəlləsində Qazitepe bulvarından keçən sürücülər yolun ortasında bir taksinin işlək vəziyyətdə olarkən sürücünün içəridə hərəkətsiz olduğunu görüblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin şahidləri polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb. Polis bunun səbəbini içki ilə izah edib. O, deyib ki, sürücü həddindən artıq spirtli içki qəbul edib.

Sürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar
© Photo : CNN Türk
Sürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar

Gökan A. adlı sürücü oyanmadığı üçün polislər onu arxa oturacağa yerləşdiriblər. Polis özü avtomobili idarə edib. Sürücü polis idarəsində özünə gəlib. Onun qanında 125 promil alkoqol tapılıb. Sürücünün sürücülük hüququ əlindən alınıb, 4 500 lirə (1275 manat) cərimə olunub.

79
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

5
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

5
At, arxiv şəkli

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

13
(Yenilənib 23:29 02.12.2020)
Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

13