Porsche Cayenne

Ölümcül qəzanın görüntüləri yayıldı - VİDEO

376
(Yenilənib 21:53 01.10.2018)
Onun iki sərnişini isə nisbətən yüngül xəsarət alıb.

BAKI, 1 oktyabr— Sputnik. Polşalı sürücülər Porsche, Ferrari və Mercedes-lə ölümcül yol qəzası törədiblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Slovakiya polisi, bazar günü, ölkənin şimal-qərbindəki Polşa və Çexiya ilə sərhəddə olan Jilinsk diyarında Dolni Kubin şəhərinin yaxınlığında ictimai bir yolda meydana gələn ölümcül qəzanın görüntülərini yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Polşa sakinləri olan şəxslər Ferrari, Porshe və Mercedes-lə yolda bir-birilə yarışmağa qərar verib.

Sportcar Ferrari və onun arxasınca Porshe Cayenne qarşı yolla ötmə əməliyyatına çıxıb. Bir qədər sürdükdən sonra Ferrarinin sürücüsü anidən öz yoluna girib, ancaq Porshenin sürücüsü avtomobili qaçıra bilməyib və qarşıdan gələn Skoda Fabia avtomobili ilə toqquşub.

Skoda Fabia avtomobilində yerli sakinlərdən biri öz ailəsi ilə imiş. Avtomobilin sürücüsü hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun iki sərnişini isə nisbətən yüngül xəsarət alıb.

Məlumata görə, hadisənin səbəbkarı artıq həbs edilib.

376