İstanbul, arxiv şəkli

Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı

18
(Yenilənib 18:36 01.10.2018)
Ümid edirəm ki, bizim əlaqələrimizi daha da möhkəmləndirəcəyik

BAKI, 1 oktyabr — Sputnik. Türkiyə müdafiə sahəsi də daxil olmaqla Rusiya ilə münasibətləri möhkəmləndirmək niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Rusiya ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bura Suriya, müdafiə sahələri də daxildir. Biz qarşılıqlı olaraq səmərəli layihələr reallaşdırırıq. Bizim əlaqələrimizi pozmaq üçün xeyli sayda provokasiyalar oldu. Lakin biz bunu aşdıq. Ümid edirəm ki, bizim əlaqələrimizi daha da möhkəmləndirəcəyik", — deyə Ərdoğan deputatalar önündə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Türkiyə və Rusiya 2017-ci ilin dekabrında "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı saziş imzalayıb. ABŞ və NATO nümayəndələri dəfələrlə bu müqaviləyə görə Ankaranı tənqid edib.

18