ABŞ Türkiyə ilə şantaj və təhdid dili ilə danışır – Ərdoğan

© Photo : Kayhan Ozer / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ bizim Suriyadakı həssaslığımızla hesablaşmır və terror təşkilatları ilə əməkdaşlıq edir".

BAKI, 1 oktyabr — Sputnik. Türkiyə kifayət qədər güclüdür və ABŞ-ın ona qarşı istifadə etdiyi şantak və təhdidlərə boyun əyməyəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə deputatlar önündə çıxışı zamanı bildirib.

"Birləşmiş Ştatlar siyasi problemləri həll etmək üçün yanlış yola girdi. Onlar şantaj və təhdid rolunu seçdilər. Lakin bizim iqtisadiyyatımız bu cür təhdid və hücumlara qarşı durmaq üçün kifayət qədər güclüdür. Bizi hazırkı ABŞ rəhbərliyinin bizim ölkəmizi heç bir məntiq və strateji balans olmadan hədəf seçməsidir. ABŞ bizim Suriyadakı həssaslığımızla hesablaşmır və terror təşkilatları ilə əməkdaşlıq edir", — deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, avqustun 10-u ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

"Türkiyəyə gəldiksə mən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!, — deyə Tramp "Twitter"-də yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iqtisadi müharibəni uduzmayacağını bəyan edib.

Xəbər lenti
0