İranda Souruş neft yataqları, arxiv şəkli

İran ABŞ-a qarşı çıxdı, bu qərar neft bazarına təsir edəcək

179
(Yenilənib 17:38 01.10.2018)
İranın neft hasilatını azaltmaqla bağlı planı yoxdur

BAKI, 1 oktyabr — Sputnik. İran Birləşmiş Ştatlar tərəfindən yeni sanksiyaların tətbiq olunması təhlükəsinə baxmayaraq neft hasilatının həcmini azaltmağı planlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Milli Neft Şirkətinin rəhbəri Əli Kardor bildirib.

"İranın neft hasilatını azaltmaqla bağlı planı yoxdur", — deyə Kardor bildirib.

Onun sözlərinə görə, İran artıq mövcud güclərdə olan hasilatı davam etdirəcək və ölkənin neft satışından əldə olunan vəsaitləri almaqla bağlı problem olmayacaq.

"İranın Xarici İşlər Nazirliyi bu problemin müxtəlif yolları ilə həllinə istiqamətlənən razılaşmaların əldə olunması üçün səylər göstərir", — deyə Kardor vurğulayıb.

179