Rus əsgərlərinin Suriyaya yola salınması, arxiv şəkli

Rusiyanın Suriyadakı hərbi itkiləri açıqlandı

221
(Yenilənib 00:03 01.10.2018)
Senator itkilər barədə danışarkən Əfqanıstan müharibəsini xatırlayıb

BAKI, 30 sentyabr — Sputnik. Suriyada hərbi əməliyyatlar davam etdiyi 3 il ərzində 112 rusiyalı hərbçi ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Viktor Bondarev bildirib.

"Hazırda Silahlı Qüvvələrimizin Suriyada itkiləri 112 nəfər təşkil edir. Onun da təxminən yarısı qəzaya uğramış An-26 və vurulmuş İl-20-nin payına düşür. Texnika cəhətdən 8 təyyarə, 7 vertolyot və ola bilsin ki, 1-2 "BTR" və zirehli avtomobil itirilib" — deyə Bondarev dəqiqləşdirib.

Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
© Photo : SANA/Handout via REUTERS

Senator itkilər barədə danışarkən Əfqanıstan müharibəsini xatırlayıb. O, bildirib ki, o zaman 3 il ərzində 4,8 min sovet əsgəri öldürülüb. "İtkilərimizi "inkişaf etmiş" Qərblə müqayisə edək. İraqda müharibənin 3 ili ərzində (2003-2006) koalisiya 2515 əsgər itirib ki, bunun da 2309 nəfəri ABŞ-ın payına düşür. Bundan başqa, 10-20 "Abrams" tankı, onlarla "BTR", ən azı 50 "BMP", 15 təyyarə və 80 vertolyot itirilib".

AN-26 təyyarəsi bu il martın 6-da Suriyanın Xmeymim aviabazasında qəzaya uğrayıb. Təyyarədə 39 nəfər olub.

İl-20 təyyarəsi isə sentyabrın 18-də vurulub. Qəza zamanı 15 hərbçi ölüb.

221
Teqlər:
vertolyot, təyyarə, itki, hərbçi, Rusiya, Suriya
Əlaqədar
Rusiyadan "İl-20" təyyarəsinin vurulmasına qarşı cavab zərbəsi gəldi
Suriyada yoxa çıxmış Rusiya kəşfiyyat təyyarəsinin axtarışları nəticə vermir
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: Ölən və yaralananlar var - VİDEO
Rusiya təyyarəsi havada yoxa çıxıb
Suriyada qəzaya uğrayan Rusiya təyyarəsi barədə yeni məlumat var