Türkiyə yenidən turizm cənnətinə çevrilir

CC0 / karosieben / Turkey HolidayTürkiyədəki otellərdən biri
Türkiyədəki otellərdən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ilin sonuna qədər 40 milyon xarici turistə ev sahibliyi etmək niyyətindədir

BAKI, 30 sentyabr — Sputnik. Türkiyə bu ilin ilk səkkiz ayında 27 milyon 23 min 134 xarici turisti qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.92 faiz çoxdur. Avqust ayında ölkəyə 5 milyon 383 min 332 gəldiyi bildirilir.

Asfalt örtüyü dağılmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?

Ötən ay gələn turistlərin sayına görə, Rusiya birinci yeri tutur. İkinci yerdə Almaniya, sonrakı yerdə isə İngiltərə vətəndaşları qərar tutur. Onların 2 milyon 74 min 498-i Antalyaya, 1 milyon 391 min 36 nəfəri İstanbula, qalanları isə Türkiyənin başqa bölgələrinə gəliblər.

Türkiyə ilin sonuna qədər 40 milyon xarici turistə ev sahibliyi etmək niyyətindədir.

Türkiyənin Antalya vilayətinə isə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb. Cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.

"Yanvarın 1-dən sentyabrın 29-dək iki aeroport vasitəsi ilə regiona 11,4 milyon turist gəlib. 10,71 milyon turist Antalya aeroportuna, 287,8 min turist isə Qazipaşa aeroportuna gəlib. Ötən illə müqaisədə turistlərin sayı 28 faiz artıb", — deyə İdarənin məlumatında bildirilir.

2017-ci illə müqaisədə, bu il göstərilən müddət ərzində Antalya 2416,1 min turist daha çox qəbul edib.

Xəbər lenti
0