Beynəlxalq Ədalət Məhkəməsi

Fələstindən gözlənilən addım gəldi, ABŞ məhkəməyə verildi

98
(Yenilənib 00:32 30.09.2018)
Fələstin ABŞ-ın Qüdsdə səfirlik açmasının 1961-cı ildə imzalanan Vyana Anlaşmasına zidd olduğunu bildirib və bu səbəblə məhkəməyə müraciət edib

BAKI, 30 sentyabr — Sputnik. Fələstin ABŞ-ı beynəlxalq anlaşmanı pozduğu üçün BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) verib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, məsələ ilə bağlı BƏM-dən yazılı açıqlama gəlib. Açıqlamada deyilir ki, Fələstin ABŞ-ın beynəlxalq müqavilələrə riayət etməsinin lazım olduğunu bildirib və ABŞ-ın səfirliyinin Qüdsdən çıxarılması üçün məhkəmənin qərar çıxarmasını tələb edib.

Açıqlamada, Fələstinin ABŞ-ın Qüdsdə səfirlik açmasının 1961-cı ildə imzalanan Vyana Anlaşmasına zidd olduğu və bu səbəblə məhkəməyə müraciət etdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri bütün ölkələri öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyi təklif edib. İsrail hökuməti, həmçinin öz səfirliklərini Qüdsə köçürən ilk 10 ölkəyə yardım edəcəklərini də bildirib.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

98
Teqlər:
İsrail, Beynəlxalq Ədalət Məhkəməsi, Qüds, ABŞ, Fələstin