ABŞ ordusu Suriyada, arxiv şəkli

ABŞ Suriyada qalacaq İrana görə

86
(Yenilənib 22:59 29.09.2018)
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Suriya ilə bağlı önəmli bəyanatlar verib

BAKI, 29 sentyabr — Sputnik. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Suriya ilə bağlı önəmli bəyanatlar verib.

Sputnik Azərbaycan "Haberturk"a istinadla xəbər verir ki, Ceyms Cefri ABŞ-ın İran qüvvələrini Suriyadan zorla çıxarmayacağını, lakin İran orada qaldığı müddətcə onların da Suriyadan çıxmayacaqlarını açıqlayıb.

Ceyms Cefri bildirib ki, rusların da iranlıları Suriyadan zorla çıxara biləcəklərini güman etmirlər.

O, bildirib ki, bu, tamamilə siyasi təzyiqlə bağlı bir məsələdir: “Texniki olaraq iranlıları ölkəyə dəvət edən Suriya hökumətidir. Gözləntimiz, siyasi prosesin sonunda Suriya hökumətinin İran qüvvələrinin ölkədə olmasına ehtiyac qalmamasını söyləməsidir”.

Türkiyə və Rusiya prezidentlərinin Soçi anlaşması nəticəsində İdlibdəki vəziyyətin hələlik dondurulduğunu bildirən Cefri bunu möcüzə adlandırıb.

86
Teqlər:
iran, Ceyms Cefri, Suriya, ABŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"

1
(Yenilənib 17:45 26.10.2020)
Türkiyə Prezidenti: Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur.

BAKI, 26 oktyabr — Sputnik. Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Qərb, xüsusi ilə Xristian dünyasına səslənirəm. İnsanıq, insan olaraq Xristian olmaq günah deyil, ona da sahib çıxırıq. Fransada müsəlmanlara qarşı zülm varsa, orada sahib çıxaq deyə dünya liderlərinə səslənirəm. Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın", - deyə Ərdoğan qeyd edib.

1
Əlaqədar
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Rusiya dünyadakı böhranı həll etmək üçün Türkiyə ilə münasibətlərini davam etdirəcək

9
Lavrov: Türkiyə ilə ortaq məxrəcləri tapdığımızda, faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik.

BAKI, 26 oktyabr — Sputnik. Rusiya dünyadakı böhran vəziyyətlərini həll etmək üçün Türkiyə ilə qarşılıqlı əlaqəni davam etdirəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunan həmkarı Nikos Dendiasla görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız heç də həmişə üst-üstə düşmür. Ancaq ortaq məxrəcləri tapdığımızda... faydalı şəkildə səylərimizi birləşdiririk və böhran vəziyyətlərinin həlli üçün lazımi şəraitin yaradılmasına doğru hərəkət edirik. Biz Türkiyə ilə bu qarşılıqlı əlaqəni davam etdirəcəyik", - deyə Lavrov qeyd edib.

9
Əlaqədar
Rusiya Qarabağla bağlı Türkiyəyə çağırış etdi