BAKI, 28 sentyabr — Sputnik. Kriminal avtoritet, Lotu Quli ləqəbi ilə məşhur olan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Odessa vilayətində cinayətkar dəstələri təmərküzləşdirməyə və onların qarşılıqlı əlaqəsini yaratmağa çalışır.
Bunu Sputnik Azərbaycan-a müsahibəsində Odessa vilayətinin Baş Milli Polis İdarəsi rəisinin müşaviri, kriminal istimaiyyətlə mübarizə məsələləri üzrə ekspert Ruslan Forostyak bildirib.
Onun sözlərinə görə, Quli periodik olaraq, öz elçilərini Odessaya göndərir. "Qanuni oğru" bölgəyə nəzarəti yaxşılaşdırmaq üçün ayrı-ayrı qrupları birləşdirməyə çalışır.
"2018-ci il ərzində biz cinayətkar qruplaşmaları, eləcə də Azərbaycan əsilliləri, yaxşıca pərən-pərən salmışıq. Hazırda onlar səpələnmiş vəziyyətdədirlər və vahid mərkəzdən idarə olunmurlar. Səlifovun adamları vaxtaşırı bura gələrək onları bir yerə toplamağa cəhd edirlər. Lakin biz onları dərhal izləməyə başlayırıq və ən kiçik bir fürsət yaranan kimi ölkədən kənara deportasiya edirik. Polis kriminal elementlərin mütəşəkkil cinayətkar qruplaşmaların ətrafında birləşməməsi üçün onları yaxından təqib edir" — deyə Forostyak bildirib.
Onun sözlərinə görə, cinayətkarların fəallığının zirvəsi 2015-2016-cı illərdə olub. Lakin 2017-2018-ci illərdə polis Odessada bu istiqamətdə vəziyyəti stabilləşdirə bilib. Bu planda müsbət dinamika izlənməkdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün bu mənfi təzahürlərə qarşı kifayət qədər ciddi müqavimət göstərirlər.
"Buradakı etnik qruplaşmalar aşağıdakı kimi bölünür: yerli ruslar, Dnestryanından olan qaqauzlar və deyək ki, daha fəal olan azərbaycanlılar və gürcülər. İnqişlar, osetinlər və çeçenlər demək olar ki, gözə dəymirlər və ciddi təhlükə yaratmırlar. Onlar kiçik qruplara bölünərək müəyyən ciddi işlərlə məşğul olurlar və küçə ticarətinə müdaxilə etmirlər" — deyə polis rəisinin müşaviri bildirib.
Gürcü cinayətkarlardan ibarət qruplaşmalar əsasən mənzil qarətləri, avtomobillərin soyulması və qaçırılması ilə məşğul olurlar. Onların arasında daha cürətliləri quldur basqınları və talançılıq edirlər. Azərbaycanlılar isə demək olar ki, mənzil qarətlərində nəzərə çarpmırlar. Onlar əsasən reketlə (hədə-qorxu yolu ilə tələbetmə), yaxud ticarət məntəqələrinin himayəsi ilə, yaxud da quldur basqınları və qarətlə məşğul olurlar.
Forostyakın sözlərinə görə, ötən həftə Odessada ödəmə terminallarına xidmət edən şirkətin inkassatoruna basqın edən azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirilib.
Qeyd edək ki, sentyabrın 19-da şəhərin Primorsk rayonunun Simoforn tinində naməlum şəxslər inkassatora odlu silahdan atəş açıblar. Nəticədə iki inkassator yaralanıb. Onlardan biri tibbi dəstək üçün təcili yardıma müraciət edib. Bu yolla onların maşınından 200 min qrivna (12 min manat) oğurlanıb. Cinayətkarlar Opel markalı avtomobillə qaçaraq aradan çıxıblar. Odessada operativ "Sirena" planı həyata keçirilib və nəticədə sözügedən cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. Onlardan travmatik silahlar götürülüb.
"Saxlanılan şəxslər əsl komediya çıxarıblar. Onların Ukrayna pasportu və burada oturma izni olsa da, rus və Ukrayna dillərini bilmədiklərini iddia edərək azərbaycanlı tərcüməçi tələb ediblər" — deyə ekspert bildirib.
Azərbaycanlı kriminal avtoritet Lotu Qulinin Ukraynadakı qruplaşmaları bir araya gətirməyə çalışmasını isə Forostyak onunla izah edib ki, oradakı küçə ticarətçiləri arasında azərbaycanlılar çoxdur. Onların əsas fəaliyyəti meyvə-tərəvəz alverinə yönəlib. Azərbaycanlılar türklərlə əlaqədədirlər. Çünki göyərti, cəfəri və yerkökünün əsas hissəsi bura Türkiyədən gəlir. Tədricən moldovalı qruplar və bessarabiyalılar bu bazardan sıxışdırılır. Bu alver sahəsinə nəzarət yoxdur, ona görə də alverçilər öz bandit yerlilərinin əlindən əziyyət çəkirlər. Baxmayaraq ki, onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirlər və bu məsələni qapalı saxlayırlar. Lotu Quli bu bazarlara nəzarəti öz əlində cəmləşdirmək istəyir.
Ruslan Forostyakın sözlərinə görə, milli polis rübdə bir dəfə iri kriminal avtoritetləri, həftədə bir dəfə də xırdaları deportasiya edir. Onların bir hissəsi qonşu dövlətlərin ərazisindən saxta pasportlarla yenidən geri qayıdırlar.
BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatların Səhiyyə naziri Aleks Azar istefa verib, lakin o, səlahiyyət müddəti bitənə qədər vəzifədə qalacaq. Bu barədə Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Azar yanvarın 6-da Vaşinqtonda baş tutan qarşıdurmalardan sonra istefa vermək barədə qərar qəbul edib.
Azarın istefası simvolik xarakter daşıyır və onun heç bir praktiki nəticələri olmayacaq. Çünki o, istənilən halda yanvarın 20-də istefa verməli idi. Belə ki, ənənəyə uyğun olaraq, ABŞ prezidentinin səlahiyyət müddəti bitəndə onun kabineti də istefaya gedir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. 2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.
Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.