İndoneziyada zəlzələ

Bu Şərq ölkəsini yenə təbiət vurdu

12
(Yenilənib 19:31 28.09.2018)
Bəzi qaynaqların məlumatına görə, İndoneziya Metrologiya, İqlim və Geofizika İdarəsi ərazidə 5,9 bal gücündə zəlzələ olduğunu açıqlayıb

BAKI, 28 sentyabr — Sputnik. İndoneziyada 7,7 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Seysmik Araşdırmalar Mərkəzinin məlumatına görə, yerli saatla 07.00-də baş verən zəlzələ yerin 18 kilometr dərinliyində olub. İndoneziyanın Donggala bölgəsindən 30.05 kilometr uzaqlıqda reallaşan zəlzələnin təsirləri haqqında məlumat verilməyib.

Bəzi qaynaqların məlumatına görə, İndoneziya Metrologiya, İqlim və Geofizika İdarəsi ərazidə 5,9 bal gücündə zəlzələ olduğunu açıqlayıb.

Digər tərəfdən isə zəlzələnin fəsadları barədə məlumat verilmir. Qeyd edək ki, iyulun sonunda və avqustun əvvəlində Lombok adasında 6,3, 6,9 və 7 bal gücündə zəlzələ olmuş və bu zəlzələlərdən 450 min insan zərər çəkmiş, 563 nəfər ölmüşdü.

12