Nüvə başlığı, arxiv şəkli

İran İsrailin təhlükəli iddiasını təkzib edib

80
(Yenilənib 17:27 28.09.2018)
"İsrailin qeyri-qanuni nüvə silahı proqramını etiraf edib beynəlxalq müfəttişlərin araşdırmasına açmasının vaxtı gəldi"

BAKI, 28 sentyabr — Sputnik. İran İsrailin baş naziri Benyamin Netanyahunun Tehran yaxınlığında gizli nüvə obyekti olduğuna dair iddiasını rədd edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Netanyahunun dünən BMT-nin Baş Assambleyasındakı çıxışını şou adlandırıb.

Zərif deyib ki, heç bir sənət nümayişi, İsrailin gizli və açıqlanmamış nüvə silahı proqramına malik yeganə ölkə olduğu həqiqətinin üstünü örtə bilməz: "İsrailin qeyri-qanuni nüvə silahı proqramını etiraf edib beynəlxalq müfəttişlərin araşdırmasına açmasının vaxtı gəldi".

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də Netanyahunun iddialarını əsassız və gülünc adlandırıb.

Qeyd edək ki, Netanyahu dünən BMT Baş Assambleyasındakı çıxışında Tehran yaxınlığında gizli nüvə obyekti olduğunu iddia etmişdi.

80
Teqlər:
Benyamin Netanyahu, nüvə, İran, İsrail, baş nazir
Əlaqədar
İsrail təyyarə olayında günahkarları tapdı – İran, Suriya və Hizbullah
İsrail Suriyada İrana aid olduğu iddia edilən 200-dən çox hədəfi vurub
İranla İsrail arasında böyük müharibə xəbərdarlığı - ABŞ kəşfiyyatından nələr sızıb
İsraildən İrana təhlükəli hədə