Çəhrayı miras

“Çəhrayı miras” satışa çıxarılır, qiyməti...

131
(Yenilənib 06:01 27.09.2018)
Bundan əvvəl ən bahalı brilyant 32 milyon dollara satılıb

BAKI, 27 sentyabr — Sputnik. Dünyanın ən parlaq çəhrayı brilyantı sayılan 19 karatlıq “Çəhrayı miras” satışa çıxarılıb. Bu brilyant İngiltərənin “Christie's” hərrac evində satılacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu daş əvvəllər Oppengeymerovlar ailəsinin kolleksiyasına daxil olub. Oppengeymerovlar “Anglo Amerikan” adlı qızıl-mədən şirkətinin yaradıcılarıdır.

Artıq qiymətli daşın qiyməti müəyyən olunub. Bu brilyanta sahib olmaq üçün kimsə 50 milyon dollarından keçməli olacaq.

Qeyd edək ki,  bundan əvvəl ən bahalı brilyant 32 milyon dollara satılıb. O, 15 karat olub.

131
Teqlər:
qızıl-mədən şirkəti, brilyant, kolleksiya, hərrac