Əli qandallanmış adam, arxiv şəkli

Dağıstanın sabiq rəhbərinin qardaşı tutuldu

275
(Yenilənib 21:18 26.09.2018)
Rəcəb Abdulatipov rüşvət almağa görə həbs edilib

BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipov saxlanılıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Mahaçqalada baş idarəsinə gətirilən Rəcəb Abdulatipovun istintaqla bağlı Moskvaya aparılacağı gözlənilir. Faktı Dağıstan parlamentindən də təsdiqləyiblər.

Ramazan Abdulatipov
Sayid Tsarnaev
Ramazan Abdulatipov

Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanılıb. Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tezliklə ona müvafiq qaydada ittiham təqdim ediləcək: “Respublika Tibbi Sosial Bürosu işçilərindən ibarət dəstə üzvləri rüşvət müqabilində vətəndaşlara əlillik dərəcəsi verirlərmiş”.

Rəcəb Abdulatipov 1997-ci ildən 2000-ci ilə qədər Dağıstan Miqrasiya Xidmətinin rəhbəri olub. 2002-2016-cı illərdə isə Rusiya DİN-in Dağıstan üzrə miqrasiya işləri üzrə İdarəsinin rəisi olub.

275
Teqlər:
qardaş, Ramazan Abdulatipov, Dağıstan Respublikası, rüşvət, həbs