Qurbanqulu Berdıməhəmmədov

Türkmənistan əhalisi üçün güzəştlər ləğv edildi

283
(Yenilənib 12:21 26.09.2018)
Xalq Şurası 1 yanvar 2019-cu ildən əhalini güzəştli qiymətlərlə elektrik enerjisi, qaz, içməli su və süfrə duzu ilə təmin olunmasına dair qərar qəbul edib

BAKI, 26 sentyabr — Sputnik. Türkmənistan hökuməti 1 yanvar 2019-cu il tarixindən etibarən ölkə əhalisinə pulsuz elektrik enerjisi, qaz, içməli su və süfrə duzunun verilməsini dayandıracaq. Sputnik Azərbaycan Türkmənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xalq Şurası (ölkə hökumətinin ən ali orqanı) ilk iclasında qərar verib.

"Türkmənistan iqtisadiyyatında azad bazar münasibətlərinin inkişafı, həmçinin ölkə vətəndaşları üçün mənzil-kommunal xidmətlərinin nizamlanması məqsədilə 1 yanvar 2019-cu il tarixindən əhaliyə elektrik enerjisi, qaz, içməli su və süfrə duzunun pulsuz verilişi dayandırılır" — deyə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun imzaladığı qərarda bildirilir.

Bununla yanaşı, Xalq Şurası 1 yanvar 2019-cu ildən əhalinin güzəştli qiymətlərlə elektrik enerjisi, qaz, içməli su və süfrə duzu ilə təmin olunmasına dair qərar qəbul edib.

283
Teqlər:
Qurbanqulu Berdıməhəmmədov, Xalq Şurası, süfrə duzu, pulsuz, elektrik enerjisi, içməli su, güzəşt, qaz, Türkmənistan, hökumət
Əlaqədar
Türkmənistan tozu Bakıdan çəkilməyə başlayıb
Türkmənistan Azərbaycan kəmərlərinə qoşulacaq
Türkmənistan prezidenti ralliyə qatıldı, qalib oldu – VİDEO

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

30
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

30