İran prezidenti Həsən Ruhani

Ruhani Trampı təhdid etdi: "Fars körfəzini bağlayarıq"

58
(Yenilənib 14:20 25.09.2018)
İran prezidenti: "Əgər Fars körfəzində gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa, onda bu, hamı üçün belə olmalıdır"

BAKI, 25 sentyabr — Sputnik. ABŞ İrana qarşı sanksiya siyasətini davam etdirəcəyi təqdirdə rəsmi Tehran Fars körfəzini bağlaya bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani "NBC" telekanalına müsahibəsində deyib.

Jurnalistin "İran neft daşımalarının qarşısını almaq üçün Fars körfəzini bağlayacağına dair təhdidləri həyata keçirə bilərmi" sualına Ruhani belə cavab verib: "Əgər Birləşmiş Ştatlar sanksiyaların köməyi ilə İranın neft sənayesini məhdudlaşdırmaq istəyirsə, bu, şübhəsiz İran tərəfinin müvafiq reaksiyasına səbəb olacaq".

Jurnalist İran prezidentindən "Donald Tramp bunu xəbərdarlı kimi qəbul etməlidir?" — deyə soruşub və belə bir cavab alıb: "Bu, xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzində gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa, onda bu, hamı üçün belə olmalıdır".

58
Teqlər:
Fars körfəzi, sanksiya, İran, Həsən Ruhani, ABŞ, jurnalist, prezident
Əlaqədar
İranla İsrail arasında böyük müharibə xəbərdarlığı - ABŞ kəşfiyyatından nələr sızıb
ABŞ siyasi arenada İrana uduzur: BMT də Vaşinqtonun əleyhinə çıxdı
İran qərarını verdi: ABŞ olmadan davam edəcəyik, amma...
İrandan ABŞ-a gözlənilməz müraciət
Azərbaycan şirkətləri ABŞ-la İran arasında seçim etməli olacaq, amma hamısı deyil