Bəşəriyyətin ölüm səbəbi açıqlandı

© AFP 2023 / Lisa MolloyQəbiristanlıq
Qəbiristanlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Alkoqolla əlaqəli bütün ölümlərin dörddə üçü kişilər arasındadır

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı dünyada insanların ən başlıca ölüm səbəbini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, açıqlamaya görə, alkoqol qəbulu səbəbilə dünyada hər il 3 milyon insan ölür. Bu rəqəm hər il QİÇS, zorakılıq və avtomobil qəzalarında dünyasını dəyişənlərdən çoxdur.

Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Spirtli içki sevənlərə bəd xəbər

Mütəxəssislərin sözlərinə görə, dünyada hər 20 ölüm halından birinin səbəbi məhz alkoqollu içkilərdir.

Alkoqollu içkilər sərxoş vəziyyətdə avtomobil idarəetmə, ürək-damar xəstəlikləri, qaraciyər serrozu və müxtəlif xərçəng xəstəliyi növlərinin yaranmasına və nəticədə ölümə səbəb olur.

Bundan əlavə, spirtli içkilər vərəm, HİV və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır.

Alkoqolla əlaqəli bütün ölümlərin dörddə üçü kişilər arasındadır. Bundan əlavə, 20-29 yaşlı gənclər arasında ölümlərin böyük bir hissəsi (13,5%) də spirtli istifadənin nəticələri ilə bağlıdır.

ÜST-ün hesablamalarına görə, dünyada təxminən 237 milyon kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. Orta hesabla hər gün 2,3 milyard insan gün ərzində 33 qram təmiz spirt içir. Bu, təxminən iki qədəh şərab və ya böyük bir şüşə pivəyə bərabərdir.

Xəbər lenti
0