Andrey Karlovun qatili

Rus səfirin güllələnməsində yeni faktlar ortaya çıxıb

340
(Yenilənib 00:41 25.09.2018)
Rusiyanın Ankaradakı səfiri Karlov 2016-cı il dekabrın 19-da Ankarada iştirak etdiyi sərgidə öldürülmüşdü

BAKI, 25 sentyabr — Sputnik. 2016-cı ildə Türkiyədə Rusiya səfiri Andrey Karlovu öldürən Mert Altıntaş cinayətdən 9 saat əvvəl xəstəliyə görə məzuniyyət götürüb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Altıntaş klinikada quraşdırılan videomüşahidə kamerasına düşüb. O, həkimə ishaldan əziyyət çəkdiyini deyərək, xəstəliklə bağlı bir günlük məzuniyyət istəyib. O, həkimə polis olduğunu bildirməyib. Məlum olub ki, Altıntaş xəstəxanaya getməzdən əvvəl kompüterdə ishal barədə məlumat axtarıb.

Daha sonra o, işdə heç kim şübhələnməsin deyə xəstəxanadan aldığı kağızı idarəyə gətirib. Ardına isə Karlovun çıxış edəcəyi qalereya yaxınlığında olan otel gedib.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Karlov 2016-cı il dekabrın 19-da Ankarada iştirak etdiyi sərgidə çıxışı zamanı öldürülmüşdü. Səfirin qatili Mevlut Mert Altıntaş da polis tərəfindən güllələnmişdi.

Cinayətlə bağlı sərginin təşkilatçısı Mustafa Timur Özkan, "Guru Medya Yayın Qrupu"nun rəhbəri Xeyrəddin Aydınbaş və 3-ü polis olmaqla 7 nəfər həbs edilib.

 

340
Teqlər:
icazə, qatil, Mevlüt Mert Altıntaş, Andrey Karlov, Rusiya səfiri, Türkiyə
Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev, arxiv şəkli

Medvedyev Belarusa xəbərdarlıq etdi - Kədərli nəticələri olacaq

4
(Yenilənib 19:04 05.08.2020)
Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkiləri ərəfəsində xalqa və parlamentə müraciətində bildirib ki, Rusiya Belarusu itirməkdən qorxur.

BAKI, 5 avqust — Sputnik. Belarus rəhbərliyinin Rusiyadan düşmən obrazı düzəltmək və bunun köməyi ilə siyasi nəticələrə nail olmaq cəhdləri kədərli nəticələrə səbəb olacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev bildirib.

Onun sözlərinə görə, Rusiya-Belarus münasibətləri seçki kampaniyasında adi məsələyə dönüb: "Bundan sonra da "istəyir, lap dünya dağılsın. Eybi olmaz, bunu ruslarla həll edəcəyik. Bu yalnız inciklik hissinə səbəb olmur, bu həm də olduqca kədərlidir".

Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkiləri ərəfəsində xalqa və parlamentə müraciətində bildirib ki, Rusiya Belarusu itirməkdən qorxur.

"Rusiya bizi itirməkdən qorxur. Çünki bizdən başqa onun həqiqi yaxın tərəfdaşı qalmayıb. Qərb də son zamanlar bizə predmetli maraq göstərir. Çin də öz dostunun sabitliyinə ümid bəsləyir", - deyə Lukaşenko qeyd edib.

O eyni zamanda vurğulayıb ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya həmişə Belarusun müttəfiqi olacaq: "Belarus və ya Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya həmişə bizim ən yaxın müttəfiqimiz olub, müttəfiqimizdir və müttəfiqimiz olaraq qalacaq".

4
Kompüter siçanı, arxiv şəkli

Onsuz heç cür olmazdı! Kompüter siçanı yaradan şəxs öldü

50
(Yenilənib 18:34 05.08.2020)
ABŞ-da kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş 91 yaşında tənəffüs çatışmazlığından vəfat edib.

BAKI, 5 avqust — Sputnik. ABŞ-da kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş 91 yaşında vəfat edib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.

Vilyam İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentukki Universitetində elektrik mühəndisliyi üzrə təhsili alıb.

1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanı obrazı üzərində işləyən işçilərdən biri olub.

Əvvəlcə cihaz ekranda şəkilləri hərəkət etdirmək üçün nəzərdə tutulmuşdu. O, bir düyməyə və iki çarxa malik, şəkilləri şaquli və üfüqi istiqamətdə hərəkət etdirməyə imkan verən taxta parçasından ibarət idi.

Cihaz 1968-ci ildə San-Fransiskoda təqdim olunub, lakin yaradıcılarına böyük pullar gətirməyib. Nəticədə bütün şöhrət və intellektual hüquqlar siçanın yaradıcılarının işəgötürəninə çatıb.

Lakin artıq 1971-ci ildə İnqliş Xerox PARC-ın elmi-tədqiqat mərkəzinə keçib, burada həmin siçanın iki çarxını bir diyircəklə əvəz edib. Qurğunun bu modeli ötən əsrin 1990-cı illərinə qədər aktual idi.

50
Qoruyucu geyimdə olan tibb işçiləri, arxiv şəkli

Pandemiya beş ayını tamam elədi, alimlər hələ bir qərara gələ bilmədilər

0
(Yenilənib 19:10 05.08.2020)
"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda he kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Alimlər maska, şərf və sipər arasındakı fərqi aşkarlayıblar. Belə ki, insanlar üzərində aparılan sınaq zamanı belə qənaətə gəlinib ki, maska və şərf sipərlə müqaysədə insan səhhəti üçün daha təhlükəlidir. Belə ki, maska taxarkən və şərflə ağzı bağlayarkən insan daha çox karbon qazı ilə təmasda olur, nəinki sipər taxarkən.

Bu səbəbdən də alimlər maska, şərf deyil, sipər taxmağı tövsiyə edirlər. Çünki maska və şərf karbon dioksidi yenidən ciyərlərə geri qaytarır ki, bu da insan səhhəti üçün təhlükəlidir. Uzun müddət maska taxmaq qandakı oksigenin həcminin azalması deməkdir. Eyni zamanda bu, həm də beyinə gedən oksigenin həcminin azalması deməkdir. Bu isə insanın özünü daha zəif hiss etməsinə səbəb olmaqla yanaşı ö lüm üçün də faktor ola bilər. Yəni, ölüm riski də yarada bilər.

Bu gün artıq təhsilin bərpa olunduğu bir çox ölkələrdə də şagirdlər maska deyil, sipər taxırlar.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bu fikirlərlə raızlaşmadığını bildirib. O belə hesab edir ki, maska digərləri ilə müqayisədə mövcud vəziyyətdə daha effektivdir: "Üz sipəri də faydalıdır. Lakin bunların arasında ən faydalısı elə maskadır. Maskanın karbon qazını geri qaytarması boş söhbətdir. Çünki maska taxarkən hava kənarlardan çıxır".

Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır>>

"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda heç kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur. Maskanı qısa məsafə oduqda taxmaq lazımdır. Xüsusən də qapalı məkanlarda taxmaq vacibdir.  Maska taxmaq müddəti 15-20 dəqiqədirsə, bu müddətdə karbon qazı ziyan verməyəcək. Karbon qazı ümumiyyətlə geri qayıtmır, maskanın kənarlarından xaric olunur", - deyə Ə.Rütəm əlavə edib.

0
Əlaqədar
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Koronavirus öləcək: maskanı benzinə batırın...
Azərbaycan COVİD-19 infeksiyasının payız sıçrayışına hazır olmalıdır - rusiyalı həkim
Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"
Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər