Bəşər Əsəd və Vladimir Putin

Əsəd təcili Putinə zəng etdi, vacib qərar qəbul edildi

221
(Yenilənib 19:10 24.09.2018)
Telefon danışığı Suriya tərəfinin təşəbbüsü ilə baş tutub

BAKI, 24 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən telefon danışığı Suriya tərəfinin təşəbbüsü ilə baş tutub.

"Prezident Putin Suriyadakı Rusiya hərbçilərinin təhlükəsizliyinin təmin olunması üçün bir sıra əlavə tədbirlərinin reallaşdırılması və Suriyanın hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi ilə bağlı qərar barədə məlumatlandırıb" – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək.

“Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücum vasitəsini tutmağa və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq.

Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə S-300 komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu Moskvanın günahı üzündən baş verməyib.

Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

221
Teqlər:
hava hücumundan müdafiə vasitələri, Rusiya prezidenti Vladimir Putin, S-300, Suriya prezidenti Bəşər Əsəd, Sergey Şoyqu, telefon danışığı
Əlaqədar
Rusiya təyyarəsi havada yoxa çıxıb
Suriyada qəzaya uğrayan Rusiya təyyarəsi barədə yeni məlumat var
İsrail təyyarə olayında günahkarları tapdı – İran, Suriya və Hizbullah
Suriyada yoxa çıxmış Rusiya kəşfiyyat təyyarəsinin axtarışları nəticə vermir