Rahib Endryu Branson evinin eyvanı

Türkiyə ilə ABŞ-ı düşmənçilik həddinə çatdıran din xadimi azadlığa çıxa bilər

130
(Yenilənib 11:45 24.09.2018)
"Lakin indidən nə təzyiq göstərmək, nə də rahibin azad olunacağına dair bayram etməyə tələsmək lazımdır"

BAKI, 24 sentyabr — Sputnik. Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olmuş rahib Bransonla bağlı maraqlı iddia ortaya atılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın məşhur "The Wall Street Journal" nəşrinə danışan Türkiyə və Amerikadan olan səlahiyyətli şəxslər rahib Bransonun oktyabrın 12-də azadlığa çıxacağını deyiblər.

Amerikalı rahib Andryu Branson
© REUTERS / Demiroren News Agency, DHA
Amerikalı rahib Andryu Branson

Qəzetin xəbərinə görə, rahib Bransonun azalığa çıxa biləcəyi anonsunu verən türkiyəli rəsmi şəxs, bunun baş verməsi üçün də Vaşinqtonun hazırda Ankaraya qarşı yeritdiyi təzyiq siyasətini aradan qaldırmalı olduğunu bildirib. Məqalədə, həmçinin Ağ Evin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları azaltmaq niyyətində olduğu da vurğulanıb.

Məsələyə münasibət bildirən amerikalı bir təhlükəsizlik eksperti qeyd edib ki, oktyabrın 12-də gözlənilən məhkəmə prosesinədək ABŞ Türkiyəyə qarşı sərt davranış sərgiləməli deyil: "O müddətədək gözləmək lazımdır. Əgər oktyabrda Branson azadlığa buraxılmasa, türklərə qarşı təzyiqləri artırmaq lazımdır".

Mütəxəssis, əlavə edib ki, indidən nə təzyiq göstərmək, nə də rahibin azad olunacağına dair bayram etməyə tələsmək lazımdır: "Çünki Ərdoğan da Tramp kimi fikrini dəyişə bilər".

130
Teqlər:
rahib Branson, qəzet, Türkiyə, ABŞ
Əlaqədar
ABŞ Türkiyənin düşmənlərini terror siyahısından çıxarıb
ABŞ - Türkiyə böhranına səbəb olan rahibdən gözlənilməz addım
ABŞ-Türkiyə münasibətləri normallaşacaqmı - politoloq şərhi
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək
Ekspert: “Türkiyənin ABŞ-a qarşı sanksiyalarının effektli olacağına inanmıram”
Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir
Lotereya, arxiv şəkli

ABŞ-da bir nəfər lotereyada 1 milyard dollar udub

18
(Yenilənib 14:07 23.01.2021)
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub.

BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.

“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.

Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.

Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.

18
Gənclər və İdman naziri Azad Rəhimov, arxiv şəkli

Gənclər İdman naziri Azad Rəhimovdan xəbər var

77
(Yenilənib 12:02 23.01.2021)
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.

"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

77
Куриная голень, фото из архива

Azərbaycanın aparıcı broyler müəssisəsi müflis olur

0
“İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır.

BAKI, 23 yanvar - Sputnik. İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib.

“Report” xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək.

Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır.

0