Türkiyənin pop ulduzu Demet Akalın

Məşhur ulduz kirayə ev axtarır

241
(Yenilənib 19:11 23.09.2018)
Ulduz qızı Hıra ilə birlikdə yaşayacaq və buna görə lüks villa axtarışındadır

BAKI, 23 sentyabr — Sputnik. Türkiyəli pop ulduz Demet Akalın maddi sıxıntı içindədir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur ulduz keçmiş həyat yoldaşının borclarını ödəmək üçün bankdan 18 milyon TL (5 milyon manat) pul kredit götürüb. Pulu ödəyə bilmədiyi üçün bank işçiləri evində olan hər şeyi pul dəyəri olaraq aparıb.

Daha sonra ulduz İstanbulun Anadolu Yakasında bir evdə yaşamaq qərarına gəlib. O, keçmiş həyatında baş verənləri unutmaq istəyir. Ulduz qızı Hıra ilə birlikdə yaşayacaq və buna görə lüks villa axtarışındadır. O, kirayə villa axtarır.

241