İranın cənubundakı Əhvaz şəhərinə hərbi parad zamanı terror aktı baş verib

İranda hərbi parad zamanı terror oldu, ölənlər var VİDEO

7388
(Yenilənib 23:02 22.09.2018)
Terrorçular hərbi parad zamanı atəş açıblar

BAKI, 22 sentyabr — Sputnik. İranın cənubundakı Əhvaz şəhərinə hərbi parad zamanı terror aktı baş verib.

Press TV-nin məlumatına görə, naməlum şəxslər parad vaxtı atəş açıblar. Nəticədə bir neçə nəfər həlak olub.

Həmçinin bir neçə nəfərin yaralandığı bildirilir.

7388
Məktəb

Bağçalı: "Şuşada məktəb tikintisinə razılıq verilib"

3
(Yenilənib 14:53 26.01.2021)
O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

BAKI, 26 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma və onların təsdiqi ilə Şuşada məktəbin inşası layihəsi uyğun görülüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı bildirib.

MHP sədri qeyd edib ki, tikinti prosesi və layihənin hər mərhələsi barədə cənab Ərdoğana məlumat təqdim ediləcək: "Şuşada tikiləcək məktəb tamamlanan kimi Azərbaycan Respublikasına təslim ediləcək".

O, həmçinin qeyd edib ki, məktəb Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyacaq. Məktəbin təməli 30 yanvar 2021-ci il tarixində atıla bilər.

3
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

7
(Yenilənib 13:05 26.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 55,83 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,42 dollar geriləyərək 55,46 dollar, “Light” markalı neftin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 52,38 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

7
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Dağıntılar altında qalan azyaşlının cəsədi çıxarıldı

0
FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər

BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.

0