Virus

Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər

287
(Yenilənib 04:43 22.09.2018)
"Qrip hələ də çətin nəzarət edilən və sürətlə yayılan qatil olaraq qalır"

BAKI, 22 sentyabr — Sputnik. “İspan qripi” pandemiyası 100 ildən sonra yenidən qayıda bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu il “İspan qripi”nin yenidən bəşəriyyətin bəlasına çevrilmə ehtimalı var. 1918-1919-cu illərdə bəşəriyyət tarixində ən kütləvi hal alan “İspan qripi”nə həmin dövrdə 550 milyon (planetin 29, 5 faizi) insan yoluxmuşdu. Qripin qurbanlarının konkret sayı məlum olmasa da, bəzi mənbələrə görə, 50-100 milyon insan ispan qripindən dünyasını dəyişib.

"Qrip tamamilə yox olmayıb. Və bu həqiqətən təhlükəlidir" – deyə həkim Fari Əhməd bildirib.

Epidemiya başlayanda insanlar dərhal başa düşəcək ki, nə baş verir. Əlbəttə ki, tibb və ümumi yaşam tərzi XX əsrlə müqayisədə xeyli dəyişib, inkişaf edib. Ancaq virus hazırkı dövrdə də ciddi fəsadlara səbəb ola bilər.

Alimlər "İspan qripi"nin haradan gəldiyini müəyyən edə bilmirlər. Ancaq onun barəsində ilk dəfə İspaniya KİV-lərində yazıldığı üçün xəstəlik “İspan qripi” adlandırlıb. Pandemiya onlarla Avropa ölkələrində, Afrika, Asiya, hər iki Amerika və Avstraliyada yayılmışdı.

İndi isə ekspertlərin fikrincə yeni virusun ölümcül təhlükəli mutasiyaya uğramış halı özünü göstərə bilər.

"Qrip hələ də çətin nəzarət edilən və sürətlə yayılan qatil olaraq qalır" – deyə Qlobal Sağlamlıq Şurasının sədri doktor Conatan Kuik deyib.

287
Teqlər:
pandemiya, İspan qripi, mutasiya, ölüm, virus, təhlükə
Əlaqədar
Dəhşətli virus yayılıb, ərazi karantinə alınıb...
Ermənistanda anlaşılmaz virus dolaşır
Yeni virus yayılıb, özünüzü qoruyun...
Nazirlik xəbərdarlıq edir: Yeni virus yayılır
Həkim əhali arasında yayılan kəskin virus infeksiyasından danışır

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

7
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

7
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

9
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

9
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar