Vyetnam Prezidenti Çan Day Kuanq

Vyetnam prezidentinin ölüm səbəbi bilindi Sağalmaz virus

235
(Yenilənib 17:15 21.09.2018)
Çan Day Kuanq yerli vaxtla saat 17:00-da komaya düşüb və bir daha ayılmayıb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də 62 yaşında vəfat edən Vyetnam Prezidenti Çan Day Kuanq tam müalicəsi mümkün olmayan nadir virus xəstəliyindən dünyasını dəyişib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Vyetnam Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. Nazirliyin idarə rəisi Nquen Kvok Çieunun sözlərinə görə, prezident bu xəstəliyə 2017-ci ilin iyul ayında yoluxub və həmin dövrdən bəri müalicə üçün 6 dəfə Yaponiyaya gedib.

“Yaponiyadan olan ekspertlər və həkimlər prezidentin müalicəsi ilə bir ilə yaxın məşğul olublar. Lakin bu xəstəliyi tam sağaltmağa qadir dərmanlar mövcud deyil, yalnız onun inkişafını zəiflətmək mümkündür”, — deyə Nquen Kvok Çieu bildirib.

O, bir müddət öncə prezidentin səhhətinin ağırlaşdığını və sentyabrın 20-si səhər saatlarında xəstəxanaya yerləşdirildiyini deyib. Çan Day Kuanq yerli vaxtla saat 17:00-da komaya düşüb və bir daha ayılmayıb.

Xatırladaq ki, Vyetnam Prezident Çan Day Kuanq bu gün yerli vaxtla saat 10:05-də Hanoy şəhərindəki 108-ci mərkəzi hərbi hospitalda vəfat edib.

235
Teqlər:
koma, virus, ölüm, Çan Day Kuanq, Vyetnam Prezidenti
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması