Yerevanda yeni etirazlar başlayıb, Paşinyanla görüş tələb olunur

© Sputnik / Asatur YesayantsПлощадь Республики в Ереване, фото из архива
Площадь Республики в Ереване, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Etirazçılar Baş nazirin şəxsən onları dinləməsini istəyirlər

BAKI, 20 sentyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, narazı vətəndaşlar illər əvvəl Arçvaşen rayonundan Çambarak rayonuna köçürüldükləri üçün vəd edilən təzminatların verilməsini tələb edirlər.

Etirazçılar, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər. Baş nazirin Nəzarət Xidmətinin Məktub və bəyanatların qəbulu idarəsinin rəhbəri Arutyun Gevorkyan aksiya iştirakçılarının qarşısına çıxaraq, onların şikayətlərini dinləyib və sonra bu problemi ilk dəfədir eşitdiyini deyib.

Lakin bu cavab, yalan vədlər və məsələnin uzanmasından bezən Çambarak sakinlərini qane etməyib. Aksiya iştirakçıları onların hər dəfə Yerevana qədər belə uzun bir məsafəni qət etməyə imkanlarının olmadığını bildiriblər. Ona görə də onlar baş nazir Paşinyanın şəxsən onları dinləməsini istəyirlər.

Xəbər lenti
0