Roma Papasından seks barədə qeyri-adi bəyanat

© REUTERS / Stefano RellandiniPapa Fransisk, arxiv şəkli
Papa Fransisk, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Katolik kilsəsinin başçısı hesab edir ki, kişi və qadın arasında yaşanan sevgi həyatın əbədiliyinə yol açır

BAKI, 20 sentyabr — Sputnik. Roma Papası Fransisk Fransadan olan gənc xristianlarla görüşdə sekslə bağlı qeyri-adi bəyanat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Russia Today xəbər yayıb.

Papa öz çıxışında qeyd edib ki, seksuallıq və seks Allah vergisidir. Bu barədə hələ Bibliyanın özündə də yazılıb. Onun sözlərinə görə, Allah qadın və kişini ona görə yaradıb ki, onlar bir-birilərini sevsinlər və insan nəslini davam etdirsinlər.

"Kişi və qadın arasında əsl sevgi ehtiraslı olanda həyatın əbədiliyinə yol açır. Hələ İsa peyğəmbər demişdi: qadın və kişi məhəbbət naminə öz ailələrini tərk edəcək, birləşəcək və "bir insan, vahid şəxsiyyət və bədənə çevriləcəklər" — deyə Roma Papası bildirib.

O həmçinin qeyd edib ki, "məhəbbətdən ayrılmış" saxta seksuallıq günahdır və yalnız əyləncə xatirinə istifadə edilir. Roma Papası buna misal olaraq pornoqrafiya sənayesini göstərib.

"Saxta seksuallıq, deqradasiyaya aparıb çıxarır" — Papa deyib.

Xatırladaq ki, 2016-cı ildə Roma Papasının LGBT nümayəndələri barədə səsləndirdiyi fikirlər hər kəsi şoka salmışdı. O, demişdi ki, xristianlar və Roma katolik kilsəsi LGBT nümayəndələrindən üzr istəməlidir.

Xəbər lenti
0