Adnan Oktarın həm də arvadları olan bacıları

Adnan Oktarın "bacıları" əslində onun arvadları imiş

252
(Yenilənib 01:57 20.09.2018)
Adnan Oktarla dini nikaha girən qadınlar "Mərhələ" adlanan fahişəlik sistemindən çıxarılırmış.

BAKI, 20 sentyabr — Sputnik. Adnan Oktar haqqında maraqlı faktlar ortaya çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Oktarın yaxınlığında olan və "bacılar" qrupu adlanan qrupun qadınlarının hamısı onunla dini nikahla evli olub.

Belə ki, Oktar "bacılar" qrupuna daxil olan qadınlardan istədiyinə "bundan sonra mənim arvadımsan" deyərək dini nikaha girib. Adnan Oktarla dini nikaha girən qadınlar "Mərhələ" adlanan fahişəlik sistemindən çıxarılırmış.

Məlumata görə nikah bağlanarkən "bacılar" qrupundan iki qadın şahidlik edirmiş.

Oktarla nikaha girən qadının təşkilatda olan " Qardaşlar" qrupu ilə əlaqə saxlamasına icazə verilmirmiş.

252