Yerevan Teatr və Kino İnstitutu

Yerevanda daha bir təbəqənin təmsilçiləri etiraza başladı - İstefa tələb olunur

61
(Yenilənib 19:19 19.09.2018)
İnstitutda qayda pozuntularına dair cinayət işi başlayıb. İstintaq davam edir.

BAKI, 19 sentyabr — Sputnik. Yerevan Teatr və Kino İnstitutunun tələbələri rektorun istefa verməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, hazırda tələbələr institutun qarşısında toplaşıb və bildiriblər ki, onların tələbləri yerinə yetirilməyənə qədər tətili dayandırmayacaqlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan polisi Yerevan Teatr və Kino İnstitutunda yoxlamalar aparıb və vəzifədən sui-istifadə, oğurluq hallar aşkarlayıb. Belə ki, ilkin istintaqa görə 2012-2016-cı illərdə institutda ingilis dili müəllimi kadrlar, beynəlxalq əməkdaşlıq və universitetlərarası iş üzrə prorektor təyin olunub. Faktiki olaraq o müəllim dərs deməyib, lakin buna görə məvacib alıb. Müvafiq dövr ərzində əmək haqqının ümumi məbləği 3 milyon 500 min dram (7,200 dollar) alıb. Bundan əlavə, 8 milyon 150 min dram dəyərində pozuntu aşkarlanıb.

İnstitutun tələbə təşkilatının sədi səlahiyyətlərini icra edən Milena Baldryan bildirib ki, tələbələrin iki tələbi var – Son 4 il ərzində maliyyə hesabatının təqdim olunması və rektorun öz rəhbər heyəti ilə birgə istefaya getməsi.

"Tələbələrin öz hüquqlarını qorumağın vaxtı çatıb. Biz bu yanaşmaya sakit qalmayacağıq", — deyə Baldryan bildirib.

İnstitutda qayda pozuntularına dair cinayət işi başlayıb. İstintaq davam edir.

61
Əlaqədar
Donald Tramp istefa xəbərlərinə reaksiya verdi
Yerevan meri də istefa verdi
Britaniyanın türk əsilli XİN rəhbəri istefa verdi
Qonşuda baş nazir istefa verdi