Ermənistanın ikinci prezidenti Robert Koçaryan

Robert Koçaryan iddialı danışdı

95
(Yenilənib 16:52 19.09.2018)
Paşinyan etiraz əhval ruhiyyəsini duydu və vaxtında ona rəhbərlik etdi, nəticədə hakimiyyət dəyişdi

BAKI, 19 sentyabr — Sputnik. Birincisi, mən heç vaxt siyasətdən getməmişəm. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan "yenidən ölkə başçısı postuna geri qayıtmaq fikrindədirmi?" sualına cavab olaraq bildirib.

"Prezidentlər siyasətdən heç vaxt getmir. On il mən kifayət qədər passiv olmuşam. Mən razılaşmadığım prinsipial məsələlər üzrə öz mövqeyimi bildirirdim. Başqa aktivlik göstərmirdim. İndi isə mən kifayət qədər aktiv şəkildə münasibət bildirəcəyəm", — deyə Koçaryan qeyd edib.

"Hansı formada?" sualına cavab olaraq isə Koçaryan "bu partiyaya, hərəkata, hər hansı digər partiyaya yardım etməklə".

Ermənistanın ikinci prezidenti yaz ayında baş verən proseslər barədə danışarkən qeyd edib ki, həmin vaxt ölkədə hakimiyyət dəyişib: "Paşinyan etiraz əhval-ruhiyyəsini duydu və vaxtında ona rəhbərlik etdi. Nəticədə hakimiyyət dəyişdi. Bu, heyrətləndirici idi".

"Doğrudanmı əvvəlki hakimiyyət insanları bu qədər bezdirmişdi?" sualına cavab olaraq Koçaryan qeyd edib ki, insanlar əvvəlki hakimiyyətdən yorulmuşdu: "Əks halda, belə bir kütləvi hərəkat olmazdı. Amma bilirsiniz, populizm əsasında hakimiyyətə gəlmək olar – buna dair nümunələr müasir tarixdə çoxdur. Belə vəziyyətlərdə hakimiyyətə gəlmək olduqca asan, lakin onu saxlamaq olduqca çətindir. Sən hakimiyyətə populizmlə gəlirsən, amma şərəf və real nəticələrlə irəli getmək lazımdır. Dörd ay göstərdi ki, hələlik bütün istiqamətlər üzrə praktiki olaraq problemlərin akkumulyasiyası həyata keçirilir. Bu isə mənim siyasətə geri dönməyimin səbəblərindən biridir".

95
Əlaqədar
Paşinyan tərəfdarlarının əks-hücumu: Koçaryan barədə sensasion faktlar açıqlandı
Paşinyandan “şah və mat”: Koçaryan Ermənistanda dustaq edildi
Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"