Tramp bu dəfə Avropa İttifaqını təhdid etdi

© REUTERS / Kevin LamarqueПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
"Yunker Avropadan mənim iş yerimə o qədər sürətlə gəldi ki, o dərəcədə sürətli təyyarələrin olduğunu bilmirdim"

BAKI, 19 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp ilə polşalı həmkarı Andcey Duda arasında Ağ Evdə baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Tramp idxal-ixrac siyasəti ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Çinə qarşı tətbiq olunan yeni gömrük vergiləri ölkə büdcəsində olan kəsirləri azaltmağa imkan verəcək.

USS Harry Truman aviadaşıyıcısı - Sputnik Azərbaycan
ABŞ ordusu Aralıq dənizində əməliyyata başladı

Avropa İttifaqının da Çin kimi ABŞ-la münasibətdə sui-istifadələrə yol verdiyini bildirən Tramp sözlərinə belə davam edib: "Bu, uzun bir prosesdir, bir az zaman aparır. Avropa İttifaqı bizə əhəmiyyət vermirdi. Onlar prezident Obama ilə hesablaşmırdılar".

ABŞ prezidenti, həmçinin Avropa İttifaqı Komissiyasının rəhbəri Yan Klod Yukerə yenidən müzakirə etmə təklifi etdiyini, lakin Yunkerdən rədd cavabı aldığını qeyd edib: "Yunker yenidən müzakirələri istəmədi. Üç dəfə təklif etdim, yenə razılıq vermədi. Mən də artıq müzakirə etmək məcburiyyətində olmadığını dedim".

"Sizin ABŞ-a göndərdiyiniz milyonlarla avtomobillərə vergi qoyacağıq. Açığı Yunker Avropadan mənim iş yerimə o qədər sürətlə gəldi ki, o dərəcədə sürətli təyyarələrin olduğunu bilmirdim" — deyən Tramp əlavə edib ki, Avropadan gətirilən avtomobillərə vergi tətbiq olunacağına dair açıqlamadan sonra avropalılar "yola gəliblər".

Xatırladaq ki, dünən prezident Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara əlavə gömrük vergisi tətbiq olunmasına dair göstəriş verib.

Xəbər lenti
0