Marixuana

Marixuana siqaretə çevrilir: Daha bir ölkə narkotiki leqallaşdırdı

288
(Yenilənib 04:23 19.09.2018)
İctimai yerlərdə marixuana qəbulu və eyni zamanda onun satışı və satış üçün istehsal edilməsi qanunla qadağan edilir

BAKI, 19 sentyabr — Sputnik. Cənubi Afrika Respublikasının ali məhkəməsi marixuana istifadəsini leqallaşdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hakimlər yekdil səslə qərar qəbul edib ki, ölkə vətəndaşları ictimai yerlər istisna olmaqla, istədikləri digər yerlərdə narkotik qəbul edə bilərlər. Bundan başqa, ölkədə fərdi istifadə üçün marixuana yetişdirilməsinə və saxlanılmasına icazə verilib.

Bu qərarın verilməsinə marixuana istifadə etdikləri üçün mühakimə edilən üç afrikalının ifadələri olub. Onların sözlərinə görə, müvafiq qadağa onların şəxsi həyatına ədalətsiz olaraq toxunur.

İctimai yerlərdə marixuana qəbulu və eyni zamanda onun satışı və satış üçün istehsal edilməsi qanunla qadağan edilir.

Cənubi Afrikada marixuana inkişaf etdirmə şurası (CDCSA) məhkəmənin qərarını təsdiqləyib və hökuməti daha əvvəl psixoaktiv maddələrin saxlanılmasına görə həbs edilənlərə bəraət verməyə çağırıb.

Cənubi Afrika Dagga Partiyasının (dagga CAR-da marixuana deməkdir) sədri Ceremi Ekşn isə deyib ki, məhkəmə ictimai yerlərdə də marixuana qəbulunu leqallaşdırmalıdır.

288
Teqlər:
leqal, icazə, məhkəmə, narkotik, marixuana, Cənubi Afrika Respublikası