Alma və banan, arxiv şəkli

Dünyanı sarsıdan dəhşətli terror yeni forma aldı, inanılası deyil

320
(Yenilənib 21:57 18.09.2018)
Cinayətkarları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir

BAKI, 18 sentyabr — Sputnik. Avstraliyada Yeni Cənubi Uels polisi alma və bananda tikiş iynəsi tapıldıqdan sonra istintaqa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, almada iynəni Sidney sakini aşkarlayıb. Qızı üçün alma soyan qadın iynəni tapandan dərhal sonra hadisə ilə bağlı polisə məlumat verib.

"Bu mümkün olan bir şey deyil. Mən çiyələkdə iynə tapılması barədə xəbərləri görmüşdüm. Buna görə də çiyələyi kəsmişdim. Ancaq almada iynə ilə qarşılaşacağımı ağlıma gətirməzdim…" – deyə qadın bildirib.

KİV-in məlumatına görə, Yeni Cənubi Uels hüquq mühafizəçiləri eyni zamanda banandan iynə çıxması faktını da araşdırır.

Xatırladaq ki, Avstraliyanın ən azı 7 istehsalçı şirkətinin çiyələklərində tikiş iynəsi aşkarlanmışdı. Hakimiyyət meyvə yeyərkən, onu əvvəlcə kəsməyi məsləhət görüblər. Cinayətkarları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Polis 6 ştatda meyvələrin içində iynə və sancaq tapılması faktını araşdırır. Birinci hal ötən həftə Brisbendə qeydə alınıb. Orada 21 yaşlı gənc içində iynə olan çiyələyi udandan sonra xəstəxanaya düşüb.

Avstraliyanın Kvinslend ştatının rəhbərliyi cinayətkarları tapmağa kömək edəcək şəxsə 100 min Avstraliya dolları (70 min ABŞ dolları) mükafat vəd ediblər.

Güman edildiyinə görə, “terrorçular” iynələri əvvəlcədən meyvələrin içinə yerləşdiriblər.

320
Teqlər:
mükafat, banan, alma, meyvə, iynə, terror, Avstraliya
Əlaqədar
Bu dəhşətli terror üsulu bütün dünyanı silkələyə bilər
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

16
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

16
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda müharibədən sonra gizlədilən sirr - altından çıxa bilməyəcəklər

44
Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

BAKI, 26 noyabr — Sputnik. Ermənistanın Qarabağda gedən müharibə zamanı itkilərinin sayı 10 minə qədər yüksələ bilər. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Milliyet" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistan tərəfi hələ xeyli sayda hərbçinin itkin düşdüyünü bildirir. Artıq bu ölkədə Qarabağ müharibəsi zamanı erməni hərbçilər arasında itkilərin 8 min ola biləcəyinə dair fikirlər irəli sürülür.

Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

44
Teqlər:
Qarabağ müharibəsi, müharibə, Ermənistan
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Azərbaycan bu nəqliyyat infrastrukturuna görə 10-cu yerdə qərarlaşıb

0
(Yenilənib 18:35 26.11.2020)
İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan hava yolları nəqliyyat infrastrukturuna görə dünyaca 10-cu yerdə qərarlaşıb. Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, Azərbaycan "Quality of air transport infrastructure" (Hava Nəqliyyatı İnfratrukturunun Keyfiyyəti) hesabatında 5.80 indekslə bu yerdə qərarlaşıb.

İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

0
Teqlər:
Türkiyə, Azərbaycan, Rusiya, avtomobil