İnsanlığa sığmayan olaya görə 2 il iş alacaq — VİDEO

Abunə olmaq
O, etdiyi hərəkətlə yolda bilərəkdən təhlükə yaratdığı üçün haqqında cinayət işi açılıb

BAKI, 16 sentyabr — Sputnik. Türkiyənin Muğla ilinin Seyidkəmər ilçəsində qan donduran hadisə baş verib. Ramazan D. adlı sürücü iti  avtomobilinin arxasına bağlayaraq yol boyu sürüyüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqust ayında baş verib. Olay şahidləri Ramazan D.-nin etdiyi hərəkəti mobil telefonla çəkərək polisə təqdim ediblər. Polis Ramazan D.-ni saxlayıb. Daha sonra o, "Heyvanların Qorunması qanunu" və "Avtomobil yollarında hərəkət qanunu"nu pozduğu üçün 4252 TL (1120 AZN) cərimə olunub.

Polis bununla kifayətlənməyib. O, etdiyi hərəkətlə yolda bilərəkdən təhlükə yaratdığı üçün haqqında cinayət işi açılıb. Onu iki il həbs cəzası gözləyir.

Xəbər lenti
0