ABŞ-ın keçmiş dövlət katibi Con Kerri

Trampa yenə yalançı dedilər: “ABŞ xalqı daha ağıllıdır”

81
(Yenilənib 21:08 15.09.2018)
ABŞ-ın "ölüm qalım məsələsi" olan belə bir vəziyyətdə büdcəyə qənaət etməsi çox təhlükəlidir

BAKI, 15 sentyabr — Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Qlobal İqlim Hərəkatının zirvə görüşündə ABŞ prezidenti Donald Trampı tənqid edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kerri çıxışı zamanı Trampı yalançı adlandırıb. O, qeyd edib ki, qlobal iqlimə böyük təsiri olan ABŞ və Çin kimi ölkələrin 2015-ci ildə qəbul edilən Paris anlaşmasına imza atması üçün xeyli əmək sərf edib: "İqlim dəyişikliyi və qlobal istiləşmə mövzusunda hazırda qarşılaşdığımız hər problem həll edilə bilər. İttihamçı olmaq istəmirəm, ancaq mövzu haqqında heç bir məlumatı olmayan bir rəhbər ABŞ xalqına yalan danışır".

Hazırkı vəziyyətdə ABŞ-ın bu anlaşmadan çıxma qərarının böyük səhv olduğunu qeyd edən Kerri, Paris müzakirələrini idarə etmək kimi çox önəmli bir şərəfə nail olduğunu bildirib: “Bu anlaşma üçün haradasa 700 gün müzakirə aparıldı".

Kerri həmçinin qeyd edib ki, ABŞ-ın "ölüm qalım məsələsi" olan belə bir vəziyyətdə büdcəyə qənaət etməsi çox təhlükəlidir.

"ABŞ xalqı bu prezidentdən daha ağıllıdır. Bu səbəbdən də, ABŞ-ın 38 ştatı irəli çıxdı və Paris Anlaşmasına bağlı qalacağını bildirdi" – deyə o qeyd edib.

81
Teqlər:
yalançı, tənqid, Donald Tramp, Con Kerri
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

11
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

11
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

14
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

14

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0