Atatürk Hava Limanı, arxiv şəkli

Türkiyənin əsas hava limanı sökülür

134
(Yenilənib 16:35 15.09.2018)
“İstanbul New Airport”undan ilk uçuş Azərbaycana həyata keçiriləcək

BAKI, 15 sentyabr — Sputnik. İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının “İstanbul New Airport”a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan 20 ağır tonnajlı maşın mənzil başına çatıb.

Qeyd edək ki, “İstanbul New Airport”unun oktyabrın 29-da — Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

İstanbul valisi Vasip Şahin bildirib ki, Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunacaq.

“Türk Hava Yolları”nın (THY) baş direktoru Bilal Ekşi isə az əvvəl verdiyi açıqlamasında deyib ki, “İstanbul New Airport”undan ilk uçuş Azərbaycana həyata keçiriləcək.

134
Teqlər:
köçürülmə, İstanbul New Airport, İstanbul, Atatürk Hava Limanı