Milli Demokrat Partiyasının üzvü Udo Foyqt

Alman deputatdan Avropa Parlamentinə sərt müraciət

72
(Yenilənib 22:49 13.09.2018)
Təkcə ötən il təxminən 40.000 minə yaxın almanın "müdafiə məqsədilə" ölkəyə gələn immiqrantlar tərəfindən törədilən cinayətlərin qurbanı olub

BAKI, 13 sentyabr — Sputnik. Avropa İttifaqı multikultural terror və zorakılıq qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı, Milli Demokrat Partiyasının üzvü Udo Foyqt Almaniyada artan miqrant zorakılığı ilə Avropa Parlamentinə müraciət ünvanlayıb.

Foyqt müraciətində qeyd edib ki, Almaniyanın Hemnitz və Köthen şəhərlərində baş verən olaylarla bağlı medianın gündəliyində olanlar siyasətçilər və yalançı medianın həqiqəti qəbul etməmək iqtidarında olmadığını göstərir: "Eyni şey Strasburqda Avropa Parlamentində müşahidə olunur. Milli Demokrat Partiyasının üzvü Udo Foyqt bu yaxınlarda Hemnitz və Köthen şəhərlərində iki almanının miqrantlar tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı Parlamentin reqlamentinə istinad edərək "multikultural terrorun bütün qurbanlarının" xatirəsini bir dəqiqəlik sükutla yat etməyə çağırıb.

Buna səbəb isə yay tətilindın sonra ötən gün parlamentin baş tutan ilk sessiyasında Antonio Tayaninin Ruminiyada avtobus qəzasında ölənlər də daxil olmaqla, yay aylarında baş verən yol qəzaları və təbii fəlakət qurbanlarının yad etməsidir. Tayani demək olar ki, Almaniyada hər gün miqrant zorakılığının qurbanları barədə bir kəlmə belə demədi. Bu Avropa İttifaqının tamamilə uğursuz "qaçqın" siyasətinin birbaşa nəticəsidir və Avropa İttifaqı siyasətçilərinin böyük əksəriyyəti buna görə məsuliyyət daşıyır".

Almaniyalı deputatın sözlərinə görə, immiqrantların yaratdığı partiyaların böyük əksəriyyəti hər gün baş verən immiqrant zorakılığının qurbanları üçün bir dəqiqəlik sükutun elan edilməsinə qarşı çıxdılar və bəzi solçu parlamentarilər isə onun bu təşəbbüsünü alqışla qarşıladılar. Bu an hər şeyi açıq aydın sərgilədi: "Avropa İttifaqının demək olar ki, hər şey, hər hadisə üçün xeyli sayda vəsaiti və boş sözləri var, lakin söhbət, yalnız Hemnitz və Köthendə deyil, insanları küçələrə çıxardan, Avropada artan immiqrant zorakılığına gəldikdə isə Avropa parlamenti səssiz qalır.

Hətta Almaniya Federal Kriminal Polis Ofisi də bu ilin iyununda 2017-ci ilə dair yayımladığı hesabatda qeyd edir ki, təkcə ötən il təxminən 40.000 minə yaxın almanın "müdafiə məqsədilə" ölkəyə gələn immiqrantlar tərəfindən törədilən cinayətlərin qurbanı olduğunu bildirib. Bu isə günə 100-dən çox cinayət işi edir. 2018-ci ilin birinci rübündə, yəni 90 gündə "qaçqınlar" tərəfindən törədildiyi ehtimal olunan 89 sui-qəsd cəhdi faktı alınıb. Statistika ilə danışsaq demək olar ki, hər gün".

72