Rza Zərrab 2013-cü ildə

Zərrab azadlıqda böyük saxtakarlıq, yoxsa..? - FOTO

315
(Yenilənib 20:23 12.09.2018)
Hazırda Zərrabın hansı şərtlərlə azadlıqda olması araşdırılır

BAKI, 12 sentyabr — Sputnik. Rza Zərrab Nyu-Yorkun məşhur məkanlarından olan Nobuda bir qadınla yemək yeyərkən görüntülənib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-da həbsdə olduğu iddia edilən Zərrabın həyatını istədiyi kimi davam etdiyini sübut edən foto yayılıb. Fotonun restoranın müştəriləri tərəfindən çəkildiyi iddia edilir. Zərrab fotosunun çəkildiyini görüb, restorandan çıxıb.

Rza Zərrab Nyu-York restoranlarından birində
Rza Zərrab Nyu-York restoranlarından birində

ABŞ-da "Zərrab davası" kimi başlayıb, “Xalqbank”-ın keçmiş müdir köməkçisi Hakan Atillanın ittiham edilməsinə çevrilən prosesdə Zərrab "etirafçı" olmağı seçmişdi. Atilla həbs edildikdən sonra Zərrabın da hüquqi statusu müəyyən edilmişdi. Belə ki, Zərrab Nyu-Yorkda "həbs edilmiş şahid" qismində ABŞ Federal Həbsxanalar bürosunun qruplarının nəzarəti altına alınmışdı.

Hazırda Zərrabın hansı şərtlərlə azadlıqda olması araşdırılır.

315
Teqlər:
Rza Zərrab, foto, həbsxana, restoran, azadlıq, Nyu-York