Ermənistanın baş naziri Nikol Paşinyan

ABŞ Tramp-Paşinyan görüşündən imtina etdi

130
(Yenilənib 10:17 13.09.2018)
Paşinyanın son hərəkətləri ABŞ xoşuna gəlməyib

BAKI, 12 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında sentyabrda görüş baş tutmayacaq. Sputnik Azərbaycan xəbər "Panorama" portalına istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.

"Nikol Paşinyanın Rusiyaya səfərləri və onun bəzi addımları Qərbdə təəccüblə qarşılanıb. Birləşmiş Ştatlar Suriyaya "humanitar missiya"nın göndərilməsini, rusların bioloji materialların araşdırılması ilə məşğul olan ABŞ laboratoriyalarına buraxılması ilə bağlı qərarı anlamır. ABŞ tərəfi Paşinyana mesaj verib ki, bu cür məsələlərdə paritetə riayət etmək lazımdır" — nəşr yazıb.

Nəşrin məlumatına görə, Ermənistan tərəfinə mesaj verilib ki, Tramp və Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.

130
Teqlər:
Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp, imtina, narazılıq, görüş