Ermənistan müdafiə naziri David Tonoyan

Ermənistan Rusiyadan yenə silah pulu istəyir, bu dəfə 100 milyon

68
(Yenilənib 15:17 12.09.2018)
Erməni nazir alınacaq silahlar barədə danışmaq istəməyib

BAKI, 12 sentyabr — Sputnik. “Rusiya Ermənistana 100 milyon dollar dəyərində yeni kredit verəcək”.

Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

"Hazırda yeni hərbi kreditin imzalanması prosesi gedir. Söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarım yoxdur" – deyə Tonoyan bəyan edib.

Nazir, həmçinin əlavə edib ki, Rusiya ilə əməkdaşlıq yetərincə uğurlu şəkildə inkişaf edir.

68
Teqlər:
müdafiə naziri David Tonoyan, kredit, silah, Ermənistan, Rusiya